Bu dövrdə istehsal məhdud və tükənən resurslar əsasında həyata keçirilirdi. II Dünya müharibəsindən sonra isə istər resursların məhdud və tükənən olması, istərsə də bu resursları idarə edənlərdən qaynaqlanan neft krizisləri kimi böyük krizislərin təşəkkül tapması iqtisadi arenanın aktyorlarını yeni arayışlara sövq etdi. Məhz bu məqamda informasiya məfhumu gündəmə gəldi. Beləcə informasiya xammal, əmək və kapital kimi faktorlara ehtiyacı azaltdığı üçün iqtisadiyyatın təməl qaynağı halına gələrək hər sahədə sürətlə istifadə edilməyə başladı.


Kənd təsərrüfatına əsaslanan ənənəvi sistemdən sənaye paltformasına keçid 100 ildən çox zaman almasına baxmayaraq, sənaye toplumundan informasiya toplumuna keçid daha az bir zaman diliminə təvafüq etdi. Radionun 60 milyon insana xitab etməsi 30 il, televizorun eyni sayda insana çatması 15 ildən çox vaxt tələb etmişdisə, internet daha indidən 200 milyon insana xitab etməyə nail olmuşdur.İlk kompüter 1946-cı ildə istehsal edilmişdir. 1949-cu ildə Popular Mechanics jurnalında dərc edilən bir məqalədə gələcəkdə kompüterlərin 1.5 ton ağırlığında və 1000 elektron lampasından ibarət olacağı yazılmışdı. Halbuki, 1990-cı ilin kompüterləri 50 il əvvəlki nəhəng EHM-lərdən daha çox funksiya yerinə yetirir və saniyədə 200 milyon əməliyyat yerinə yetirə bilirdi.[1]  Ford Motors şirkətinin Model-T maşınlarını bir nəsil istehsal etməsinə müqabil günümüzdə bazara çıxarılan yeni kompüterin ömrü ən çox iki ildir.


1990-cı illərin başlanğıcında ABŞ iqtisadiyyatında görülən aşağı inflyasiya ilə birgə yüksək artım tempi bu dəyişikliyin informasiya texnologiyalarındakı sürətli inkişafa bağlı olması görüşünü və “new economy” – “yeni iqtisadiyyat” məfhumunu özü ilə bərabər gətirdi. Məzkur nomenkulaturada “new economics” yerinə “new economy” ifadəsinin işlədilməsi təməl iqtisadi qanunların deyil, sadəcə fəaliyyət tərzlərinin, müəssisə strategiyalarının və istifadə edilən metodların dəyişməsi ilə əlaqədardır.


Yeni iqtisadiyyatın yaranma yerinin ABŞ olmasının səbəbini bəzi araştırmaçılar ABŞ-da kapitalizmin girişimçilik və riskə əsaslanmasında görürlər. Yeni iqtisaidiyyatın idarəetmə məsələlərindən bəhs edən Red Herring jurnalında dərc olunmuş məqalədə mövcud durum “ABŞ iqtisadiyyatı istehlakçıya ən yaxşı xidməti təklif etmək üçün mütəmadi rəqabət aparan, risk almağı sevən və sərmayəsini artırmağı hədəfləyən bir idarəetmə mədəniyyətindən qaynaqlanır. Bu səbəbdən ABŞ Avropa və Yaponiyadan daha dinamik və çevikdir. Telekommunukasiya texnologiyaları sahəsində Nokia kimi Finlandiya və Vadafon kimi İngilis şirkətləri ilə Avropa  ABŞ-dan öndə olmasına baxmayaraq, internetə əsaslanan yeni iqtisadiyyatda Avropalı investorlar belə kapitlallarını ABŞ iqtisadiyyatına qoymağa üstünlük verirlər. Beləki, Amazon.com ilə eyni zamanda İngiltərədə qurulan elektron kitab satma şirkəti Amazon.com-un gəldiyi səviyyəyə burada risk sərmayəsi tapa bilmədiyi üçün çata bilmədi.” cümlələrilə ifadə edilmişdi.


[2]  



Günlük həyat üzərində təsirinin mütəmdai artmasına baxmayaraq yeni iqtisadiyyatın hər kəs tərəfindən qəbullənilmiş ümumi tərifi mövcud deyil. Ən çox  işlədilən tərifi Fast Company bu cümlələrlə ifadə edir: “İnkişaf edən yeni iş dünyası və bu dünyada çalışan yeni cəmiyyət: yeni işləmə, rəqabət və böyümə şərtlərinə malik insanlar..”


[3]



Bu tərifdən də anlaşıldığı kimi yeni iqtisadiyyatın istinad etdiyi dinamiklər qloballaşma, texnoloji tərəqqi və insanların (şirkətlərin) yeni arayışlarıdır. Məsələn, 1984-cü ildə Tulsa, Oklahomada fəaliyyət göstərən və Amerikanın ən böyük təbii qaz istehsalçısı olan Williams Companies Inc. şirkətinin gəlirlərində azalma müşahidə olunurdu. Məhz, bu, şirkəti istifadəsiz qalan neft-qaz kəmərlərindən fiber-optik kabellər keçirərək şəbəkə sistemi qurmağa yönəltdi. Yeni adı ilə Williams Telecommunications Company (WilTel) məzkur şəbəkəni 2.5 milyard ABŞ dolları təklifə baxmayaraq satmadı və bugün 19,490 mil uzunluğundakı fiber-optik kabel şəbəkəsi ilə telekommunikasiya sektorunun aparıcı şirkətlərindən biri oldu. Əldə olunan nailiyyət istifadəsiz qalan vəsaitlərin yeni üsulla qiymətləndirilməsilə qazanılmışdı.


[4] 



Mütəmadi davam edən arayışlar və buna adekvat olaraq müşahidə olunan iqtisadi və texnoloji tərəqqinin məntiqi nəticəsi kimi yeni iqtisadiyyat bir çox köklü dəyişikliyi özü ilə bərabər gətirmişdir.




[1] History of Computing Industrial Era - http://www.thocp.net/timeline/1947.htm


[2] İsmail Ertürk, Arthur Anderson , “İnternet ve Ekonomik Etkileri,” İnternet: Üçüncü Devrim, YKY Cogito, Say:30, 2002, s. 196


[3] Arthur Anderson Management and Human Resources Inc. Report (2001), Change-tr. Developing with the Internet. Turkish Case). Türkiye Is Bankasi Publications, p.16


[4] WilTel, Company history - http://www.wiltel.com/overview/content/company_history.htm





Yeni iqtisadiyyatın ən əsas elementlərindən biri də elektronik ticarətdir. Elektronik ticarət (e-ticarət) yeni bir termin olmasına baxmayaraq, çox vaxt ənənəvi ticarətin prinsiplərindən faydalanır. Dolayısıyla, e-ticarət ənənəvi ticarətin alternativi deyildir. Lakin e-ticarətin getdikcə ənənəvi ticarət strukturundan və üsullarından uzaqlaşdığı, elektronik mühitə köçürüldüyü və yeni prinsiplərlə təchiz olunduğu göz ardı edilməməlidir. E-ticarətlə ənənəvi ticarət arasındakı ən önəmli fərq bazarların böyüklüyü ilə əlaqədardır. Kompüter texnologiyasının və internet istifadəsinin mütəmadi artdığı günümüzdə e-ticarət qlobal bazarlara daha tez nüfuz edə bilməkdə, dolayısıyla bazar potensialı ənənəvi ticarətlə müqayisədə daha böyük olmaqdadır.


E-ticarət məfhumuna fərqli münasibətlərin mövcudluğu müxtəlif təriflərin verilməsilə nəticələnmişdir. E-ticarətin qanunvericilik məsələləri üzrə fəaliyyətlər aparan UNCITRAL-ın (United Nations Commission on International Trade Law – BMT-nin Beynəlxalq Ticarət Qanunları üzrə Komissiyası) 1996-cı ildə hazırladığı Model Qanunda (Model Law) e-ticarət “EDI (Electronic Data Interchange – Elektron Məlumat Dəyişimi), internet, e-mail kimi inkişaf etmiş və ya telekopi, telefax kimi ənənəvi metodlarla ticari fəaliyyət motivli hər cür məlumat bazası mesajının ötürülməsinə e-ticarət deyilir” cümlələrilə ifadə olunur.[1]


Avstraliyada e-ticarət ekspert qrupu tərəfindən hazırlanmış məruzədə e-ticarətə “elektronik vasitələrin (fax, telex, EDİ, internet, telefon və s.) isifadəsilə açıq və qapalı şəbəkələr üzərindən hər cür məlumatın kompüterlər vasitəsilə ötürülməsi” şəklində tərif verilmişdir.


[2]


 ABŞ-da hazırlanmış “Strateji informasiya texnologiyaları planı”-da isə e-ticarət bu  cümlələrlə ifadə olumuşdur: “E-ticarət ticarətlə əlaqədar informasiyanın iki vəya daha çox qurumun kompüterləri arasında elektronik olaraq ötürülməsidir. E-ticarətin ən mühim texnoloji məqsədi biznes dünyası və dövlət qurumları şəbəkələrinin istifadə olunan kompüter platformlarından asılı olmayaraq, bir-birinə məlumat ötürməsini təmin edəcək təhlükəsiz mühitdə birləşdirilməsidir”.[3]


E-ticarəti e-biznesin bir alt bölümü  kimi qiymətləndirən IBM bu məfhumu “internet texnologiyası vasitələrilə ticarət” olaraq xarakterizə edir.


[4] 


ÜTT e-ticarətə “internet vasitəsilə satılan məhsulların fiziki və dijital olaraq lazımi məntəqəyə çatdırılması”[5], OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) isə “açıq və qapalı şəbəkələr üzərindən dijitallaştırılmış mətn, səs və görüntünün işlənilməsi və ötürülməsinə əsaslanan fərdlər və qurumlarla əlaqəli bütün ticari fəaliyyətlər” şəklində tərif verir.[6]


 


II. E-TİCARƏTİN NÖVLƏRİ


 


E-ticarətdə müəssisələr, istehlakçılar, vətəndaşlar və dövlət olmaq üzərə dörd tərəf iştirak edir. Bunların qarşılıqlı münasibətləri nəticəsində e-ticarətin müxtəlif növləri yaranmışdır ki, bunlar B2B (Business to Business) –Müəssisədən müəssisəyə, B2C (Business to Consumer)–Müəssisədən istehlakçıya, C2C (Consumer to Consumer)–İstehlakçıdan istehlakçıya və E-Government (E-dövlət) – Dövlətdən vətəndaşa və ya müəssisəyə şəklində münasibətləri ehtiva edir.


 


B2B Münasibətləri.


B2B münasibətləri müəssisələrarası e-ticarəti əhatə edir. Beləki, istehsalçı şirkət internetdə özünün saytını yaradır. Onunla əməkdaşlıq edən şirkətlər (və ya mağazalar) bu saytdan qeydiyyatdan keçirlər. Beləcə bu şirkətlər (və ya mağazalar) tələb etdikləri malı elektron olaraq sifariş verə bilirlər. Bu metod son istifadə tarixli məhsulların və ya ehtiyacdan çox hər hansı məhsulun stokda saxlanılması probleminin həllində böyük əhəmiyyət kəsb edir.


Hazırda dünyada B2B tipli e-ticarətlə məşğul olan çox sayda şirkət mövcuddur. Bunlara şəbəkə sistemləri üzrə fəaliyyət göstərən “Cisco Systems” şirkətini nümüunə vermək olar. Belə ki, şirkətin B2B e-ticarəti üzrə illik satışları 2 mlrd. ABŞ dollarıdır.


[7]


Administrativ xərclərin azalması, insan fəaliyyətindən qaynaqlanan xətaların və gecikmələrin aradan qaldırılması, kağız istifadəsi, telefon/faks odəmələri və zaman kimi mövzularda təsərrüf edilməsi, sürətli və dəqiq məlumat alınması kimi məsələlər B2B tipli ticari fəaliyyətin müsbət cəhətləridir. Ayrıca məsafə amilinin önəm daşımaması gələcək perspektivdə şirkətlərin böyük bazar payına malik olmasını nəticə qılacaq.[8]


Ümumiyyətlə, B2B münasibətləri ümumdünya  elektronik ticarətinin həcmində əsas yer tutur. Dəlil üçün 1997-ci ilin göstəricilərinə nəzər salsaq, şahid olarıq ki, 12 milyard ABŞ dolları həcmindəki e-ticarət dövriyyəsinin 7 milyard ABŞ dolları (58 %), məhz B2B tipli e-ticarətin payına düşür.[9]


Mütəmadi olaraq yüksək artım tempinin müşahidə olunduğu B2B e-ticarəti həcminin UNCTAD-ın (Birləşmiş Millətlər Ticarət və İnkişaf üzrə Konferensiya) 2001-ci il məruzəsində 2006-cı ildə 12 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılıb.


[10]


 


B2C Münasibətləri.


 Şirkətlə istehlakçı arasındakı birbaşa münasibətləri əhatə edir. Bu kateqoriyaya aid olan məhsul və xidmətlər əyləncə, karqo, maliyyə, investisiya, turizm, kitab, CD (Compact Disc), nəşriyyat, DVD və sairdir. Dünyada ən çox kitab satan mağaza, nə Londondakı “Foyles”, nədə Minneapolisdəki “Barnes&Noble” mağazasıdır. Dünyada ən çox kitab satan şirkət heç bir mağazaya malik olmayan, sadəcə Seattle yaxınlarında bir anbarı olan və internet üzərindən kitab satma fəaliyyətlində bulunan “Amazon.com” şirkətidir.[11]


B2C  münasibətlərinin çəkisi ümum e-ticarətin həcmində  azlıq təşkil etsədə, bu tip əməliyyatlar üzrə mütəmadi artımlar müşahidə olunur. Danimarka, İsveç, İngiltərə və  ABŞ isə məzkur fəaliyyət növü üzrə ölkələr arasında ön sıralarda yer alır.


[12]




[1] UNCITRAL, Model Law on Electronic Commerce, General Assembly Resolution, 51/162 of 16 December 1996


[2] Australia, “Electronic Commerce: Building the Legal Framework”, Report of the Electronic Commerce Expert Group to the Attorney General, 31 March 1998 - http://www.law.gov.au/aghome/advisory/eceg/ecegreport.html


[3] Strategic Information Technology Plan-  http://www.wa.gov:80/DIS/ISB/SITP/sp4.pdf


[4] Arnaud Meunier, Compagnie IBM France, “The IBM Case: The Legal Frame for Electronic Commerce”, MED-ITN Electronic Commerce Workshop, Grenoble, France, 16-27 November 1998



[7] E-commerce in knowledge age - http://inet-tr.org.tr/inetconf8/bildiri/71.doc


[8] B2B (Business -Business ) - http://www.tradeorbis.com


[9] Bozkurt, Veysel, “Elektronik Ticaretin Ekonomik ve Sosyal Boyutu”, Alfa Yayınları, İstanbul, 2000, s.66.



[10] Using ITC in enterprices - http://www.unctad.org/en/docs/ecdr2004_en.pdf


[11] Eyyup Yılmaz, Türkiye’de Kredi Kartı Uygulaması ve Ekonomik Etkileri, İstanbul: Türkmen Kitabevi, 2000, s.190.


[12] Business and SMEs - www.unctad.org/en/docs/ecdr2004ch2_en.pdf



Birbaşa satıcılar (Direct seller). İstehlakçıları birbaşa məhsul və xidmətlərilə təmin edən şirkətlərdir. Bu kateqoriyaya aid olan B2C şirkətləri daha məşhurdur. Birbaşa satıcılar özlüyündə e-tailerlər və istehlakçılar olmaq üzərə ikiyə ayrılır:


E-teylerlər (E-tailer). Bu kateqoriyaya aid edilən şirkətlər sifarişi aldıqdan sonra onu birbaşa ya istehlakçıya, ya topdansatışa və ya istehsalçıya göndərirlər. Məsələn: “Amazon.com”şirkəti.


İstehsalçılar (Manufacturer). İstehsalçılar öz məhsullarını birbaşa internet vasitəsilə istehlakçılara çatdırırlar. Məqsəd dizintermediasiya (disintemediation) – satış zamanı vasitəçilərin aradan qalxmasına nail olmaq və birbaşa şirkət-müştəri münasibətləri təsis etməkdir. Bu tip şirkətlərə “Dell.com”-u örnək vemək olar.


Online vasitəçilər (Online intermediary). Satıcı və alıcılar arasında online olaraq vasitəçilik edən və sövdələşmə məbləğindən faiz hissəsi alan şirkətlərdir. Bu kateqoriyaya aid olan firmalar brokerlər və infomediarilər olaraq ikiyə ayrılırlar:


İnfomediarilər (Infomediary). Şirkət və müştəri arasında filter rolu oynayırlar. Beləki, fərdlər infomediarilərə şəxsi məlumatlarını göndərirlər və infomediarilər də lazımi informasiyanı şirkətlərə çatdıraraq müqabilində haqq alırlar.


Brokerlər: Fəaliyyətləri ilə satıcı və alıcılararası  sövdələşmələri asanlaşdırırlar. Brokerlərin aşağıdakı növləri mövcuddur:


Alış/Satış icraçıları (Buy/Sell Fulfillment). İstehlakçılara alış və satış sifarişlərinin yerləşdirilməsində köməklik göstərirlər. Bu tip şirkətlərə “eTrade”-i nümunə vemək olar.


Virtual Mall. Mall sözünün ingilis dilində mağazalar cərgəsindən ibarət nəqliyyata qapadılmış küçə və ya xüsusi yer üçün istifadə edilir.[1] Virtual mall şirkətlər istehlakçıların online olaraq çox sayda mağazadan alış-veriş etməsinə şərait yaradır. Məsələn: “Yahoo! Stores” şirkəti.(www.ystore.com)


Metamediarilər(Metamediary). Müştərilərin çox sayda mağazadan alış-veriş etməsinə şərait yaradır, bununla yanaşı onları maliyyə xidməti kimi bir çox sövdələşmə xidmətləri ilə təmin edirlər. Məsələn: “Amazon zShops”. (zshops.amazon.com)


Bounty şirkətlər. İnsan, yer və idea yerləşdirilməsi üçün vastəçilik edir və müqabilində haqq ödəyir. Bu şirkətlərə  BountyQuest”-i nümunə göstərmək olar.


Axtarış agentləri (Search agent). İstehlakçıların müxtəlif mağazalarda müqayisə aparmalarına köməklik göstərirlər. Məsələn: “MySimon” şirkəti.(www.mysimon.com)


Reklaməsaslı şirkətlər (Advertising-based models). Hər hansı şirkətin məhsullarını lazımi kütləyə çatdırılması ilə məşğul olurlar. Praktikada bu şirkətlərin fəaliyyətləri zamanı yüksək-ticarət (high traffic) və niş (niche) olmaq üzərə iki metod tətbiq edilir. Reklamçılar yüksək-ticarət yanaşmasından daha çox kütləyə xitab etmək üçün istifadə edirlər. Məsələn, böyük məbləğ ödəyərək reklamları “Yahoo!” və ya “AOL”-da yerləşdirmək kimi. Reklamçılar daha az müştəri qrupuna xitab etmək istədiklərində niş yanaşmasından istifadə edirlər. Bu yanaşma kəmiyyət üzrə yox, keyfiyyət üzrə təmərküzləşməni əsas tutur. Məsələn, başlıca olaraq iş adamları və idarıçilərə xidmət təklif edən “WSJ.com”-da reklam yerləşdirmək kimi.


Cəmiyyətəsaslı şirkətlər (Community-based models). Bu tip şirkətlər bütün dünya üzrə eyni maraq dairəsinə mənsub insanları biraraya gətirərək onlara reklamlarını nümayiş etdiririr və müqablində odənc alırlar. Məsələn: “Yahoo! Groups”. (groups.yahoo.com)


Ödənişəsaslı şirkətlər (Fee-based models). Bu sistemdə şirkətlər öz içəriklərini nümayiş etdiririr və müqabilində abunə haqqı ödəyirlər.


 


C2C Münasibətləri.


C2C  modelində istehlakçılar istehlakçılarla birbaşa satış fəaliyyətləri həyata keçirirlər.[2] Bilindiyi kimi xarici ölkələrədə, xüsusilədə ABŞ-da qaraj satışları (garage sales, yard sales) geniş yayılıb. Vətəndaşlar bazar  günləri köhnəlmiş əşyalarını qarajlarının önünə çıxardaraq yoldan keçən insanlara satırlar. Bu fəaliyyət mütəmadi xarekter daşımır və təklif edilən məhsulların miqdarı satıcı ailənin əlində mövcud olanlarla məhduddur. Garaj satışı məfhumunun yaxşı bilindiyi Şimali Amerikada  C2C əməliyyatları geniş kütləyə xitab etmə imkanı tapmışdır. C2C tipli e-ticarətlə məşğul olan şirkətlərə 2004-cü il üçün illik gəliri 3.27 milyard ABŞ dolları təşkil edən “eBay”-ı nümunə vermək olar.


 


E- Dövlət Münasibətləri.


G. Means və D. Schneider e-dövləti “dövlət qurumları ilə bu qurumları məlumat və xidmətlə təmin edənlər (digər dövlət qurumları, özəl şirkətlər, vətəndaşlar) və ya dövlət qurumları ilə onların bu xidmətlərindən istifadə edənlər (digər dövlət qurumları, özəl şirkətlər, vətəndaşlar) arasında informasiya texnologiyaları vasitəsilə həyata keçirilən münasibətlər” olaraq xaraketerizə edir.[3]


“GovWorks” şirkətində e-dövlət baş meneceri vəzifəsini icra edən Mike Hernon isə e-dövləti “Dövlət xidmətlərini həftənin yeddi günü, günün 24 saatı müştərilərə təklif edilməsidir. Bu müştəri vətəndaş, şirkət və ya dövlət qurumu ola bilər” şəklində qiymətləndirir.


[4]


E-dövlətin G2B, G2C VƏ G2G olmaq üzərə üç forması movcuddur. Aşağıdakı şəkildə bu münasibətlərin sxematik olaraq göpstərilmişdir.




[1] A.S.Hornby, Oxford Advanced Learner’s Dictionary of Current English, Oxford University Press, Oxford,1994, p.755


[2] E-ticaret toplumunun  katılımcıları - http://www.kalder.org.tr/preview_content.asp?contID=754&tempID=1&regID=2


[3] Grady Means, David Schneider, “Meta-Capitalism: The E-Business Revolution and the Design of 21st Century Companies and Markets”, New York: John Wiley and Sons Inc., 2000, p. 121.


[4] Daintry Duffy, “Q&A: Balancing the Role of E-Government”, Report with M.Hernon , E-Government General Manager of GovWorks, CNN, 13.10.2000 - http://www.cnn.com/2000/TECH/computing/11/13/qna.egov.idg/



 


E-TİCARƏTİN İNKİŞAFI VƏ GƏLƏCƏK PERSPEKTİVLƏRİ


                  XXI əsrin astanasında yaşadığımız bu dövrdə  dünya miqyasında dəyişim rüzgarları tuğyan edir. Şüphəsiz, bu prossesdə akselerativ rol informasiya və kommunikasiya texnologiyalarının (İKT) üzərinə düşür. Beləki, İKT-əsaslı sosial və iqtisadi dəyişim öz növbəsində qloballaşmanı sürətləndirir, beynəlxalq ticarətin hiper inkişafını təmin edir.


Beynəlxalq Telekommunikasiya Birliyi (ICU) 2003-cü ildə ümumdünya üzrə internet istifadəçilərinin sayının 676 mln. nəfər (dünya nüfusunun 11.8%-i) olduğunu hesablamışdır. Bu 2002-ci ilin göstəricilərinə nisbətən 49.5 mln. nəfər və ya 7.84 % artım deməkdir. (Cədvəl 2)


Cədvəl 2. Dünya internet istifadəçiləri sayının dinamikası (2000-2003-cü illər)


 


İllər


 


2000


 


2001


 


2002


 


2003


İntenet istifadəçilərinin sayı (min nəfər)


387532


495886


626579


675678


Artım tempi (%-lə)


...


27.96


26.36


7.84


 


 


 


 


Qeyd. Cədvəl  ICU-nun rəsmi saytından götürülmüşdür.


[1]


İnternet istifadəçilərinin ölkələrin inkişaf səviyyəsi prizmasından təhlilində İEOÖ-lər üzrə istifadəçilərin sayında mütəmadi artım tempi müşahidə olunur. İEOÖ-lərdəki internet istifadəçisi nüfusunun 61.52%-i əsasən 5 ölkənin – Çin, Cənubi Koreya, Hindistan, Brazilya və Meksikanın üzərinə düşür. Bu beş ölkədən üçündə, yəni Asiyada yerləşənlərdə mövcud internet istifadəçilərinin sayı 2003-cü üzrə yeni internet istifadə etməyə başlayanların 2/3-ünü təşkil etmişdir.


Cədvəl 3. Dünya internet istifadəçiləri sayının regionlar üzrə coğrafi bölgüsü, 2000-2003. (min nəfər)


Qeyd. Cədvəl  UNCTAD-ın “E-ticarət və İnkişaf– 2004” adlı hesabatından götürülmüşdür.


[2]


Cədvəldən göründüyü kimi, 2003-cü ildə internet istifadəçiləri sayındakı artımın böyük əksəriyyəti (74.8%) İEOÖ-lərdə qeydə alınmışdır. Ayrıca, təhlil olunan kriteriya üzrə İEOÖ-lərdə müşahidə olunan artım tempi ümumdünya orta göstəricindən 2.2 dəfə çox olmuş və 17.8% təşkil etmişdir. Doğrusu, bu göstəricilər birbaşa ticarət fəaliyyətlərini özündə əks etdirmir, lakin onun daha da inkişaf edəcəyindən və gələcək perspektivlərindən xəbər verir.


İEOÖ-lərdə internet istifadəsinin mütəmadi artımına baxmayaraq bu ölkələrdə e-ticarət əməliyyatlarının çəkisi ümumdünya üzrə bu tip fəalyyətin həcmində azlıq təşkil edir. Bu birmənalı şəkildə ölkələrin inkişaf səviyyəsi fərqliliyindən asılıdır. Dolayısıyla, e-ticarətin inkişafının İEÖ və İEOÖ-lər üzrə ayrılıqda təhlili daha məqsədəuyğundur.


İndi isə ABŞ-da e-ticarətin mövcud durumuna nəzər yetirək. ABŞ-ın e-ticarətlə ilk məşğul olan və bu tip fəaliyyətlərə öndərlik edən ölkə olması səbəbilə bu təhlil bizə e-ticarətin bütün dünya üzrə vəziyyətindən də xəbər verəcək.


Birləşmiş Ştatlar Siyahıya alma Bürosunun (United States Census Bureau) məlumatlarına əsasən 2004-cü ilin birinci rübbündə ABŞ-da B2C satışları toplam pərakəndə satışın 1.9%-ni təşkil etmişdir ki, bu 2001-ci ilin müvafiq göstəricisindən 2 qat çox satış deməkdir.[3] Mövcud trendlərə əsasən 2006-cı ilin ortalarına kimi pərakəndə e-ticarət satışları ümumpərakəndə satışların 2.5-3%-lik hissəsini təşkil edəcək və 100 milyard ABŞ dolları təşkil edəcək.


İndidə 2001-2002-ci illər üzrə ABŞ-da e-ticarət satışlarını özündə əks etdirən cədvələ nəzər yetirək.


Cədvəl 4. ABŞ-da e-ticarət əməliyyatlarının illər üzrə dinamikası, 2000-2002. (mlrd. ABŞ dolları)


 


 


2001


 


2002


 


Ümumsatışlar


 


E-ticarət


 


%-lə


 


Ümumsatışlar


 


E-ticarət


 


%-lə


 


B2C tip e-ticarət


7 913


70


0,88


8 093


85


1,05


Ondan sahələr üzrə


Pərakəndə


3 157


34


1,08


3 230


44


1,36


Bəzi xidmətlər


4 756


36


0,76


4 863


41


0,84


 


B2B tip e-ticarət


6 672


1 010


15,14


6 582


1 072


16,29


Ondan sahələr üzrə


İstehsal


3 971


724


18,23


3 840


752


19,58


Topdan satış


2 701


286


10,59


2 742


320


11,67


 


Cəmi


14 585


1 080


7,40


14 675


1 157


7,88


Qeyd. Cədvəl  Birləşmiş Ştatlar Siyahıya alma Bürosunun rəsmi saytından götürülmüşdür.


[4]


            Cədvəldən də göründüyü e-ticarətin həcmində əsas yeri B2B tipli e-ticarət əməliyyatları tutur. Beləki, bu sahə üzrə satışlar bütün e-ticarət satışlarının 2001-ci ildə 93.5%-ni, 2002-ci ildə isə 92.6%-ni təşkil emişdir. B2B e-ticarətin həcmində isə əsas yeri istehsalatdan olan birbaşa satışlar təşkil edir. (70.1%)


B2C e-ticarətin həcmində pərakəndə satışlar əsas yer tutur.(2002)  Pərakəndə e-ticarət satışları haqqında daha müfəssəl məlumat üçün aşağıdakı cədvələ nəzər yetirək:


Cədvəl 5. ABŞ-da B2C e-ticarət (pərakəndə) satışlarının illər üzrə dinamikası, 2000-2003.(mln. ABŞ doll.)


 


İllər


 


 


2000


 


Artım   (%-lə)


 


2001


 


Artım   (%-lə)


 


2002


 


Artım   (%-lə)


 


2003


B2C (pərakəndə) satışlar


28 000


23.65


34 623


27.91


44 287


26.44


55 996


Ümumpərakəndə satışları


3 070 186


2.82


3 156 754


2.32


3 230 122


5.25


3 399 544


B2C(pərakəndə),xüsusi çəki


0.91


20.26


1.10


25.01


1.37


20.14


1.65


Qeyd. Cədvəl  Birləşmiş Ştatlar Siyahıya alma Bürosunun rəsmi saytından götürülmüşdür.


            Cədvəldən də göründüyü kimi B2C pərakəndə satışlarında mütəmadi artım xarekterikdir. Beləki, B2C tipli e-ticarət əməliyyatlarının xüsusi çəkisi ümumpərakəndə satışalarının həcmində ildən ilə artmış, 2003-ci ildə 1.65% -lik paya malik olaraq 55.9 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu 2000-ci ilin müvafiq


 göstərisinə nisbətən 99.9 % artım deməkdir.


            İndi də Avropa üzrə e-ticarət fəaliyyətlərininin mövcud vəziyyətini təhlil edək. OECD-in (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) 2002-ci il[5] və Eurostatın (Statistical Office of the European Communities –Avropadakı Birliklərin Statistika İdarəsi) 2004-cü il[6] hesabatında İEÖ-lərdə e-ticarətin inkişaf meylləri və dinamikası öz əksini tapmışdır. Məzkur reportlarda verilmiş bəzi məqamlara nəzər yetirək.


2003-cü ilin göstəricilərinə əsasən AB-dəki müəssisələrin 87%-inin internet əlaqəsi mövcuddur. Bu göstərici 2002-ci ildə 80% təşkil etmişdir. Eyni ildə şirkətlərin interneti, əsasən marketinq fəaliyyətləri üçün istifadəsi müşahidə olunmuşdur. Bu konteksdə ən yüksək göstərici 13%-lik çəki ilə İsveçin payına düşür. E-ticarət məqsədli internet istifadəsi isə ümumsatışların həcmində 0.4-1.8%-lik yer tutmuşdur. Digər tərəfdən 2001-ci iln göstəricilərinə əsasən internet bağlantısı olan şirkətklərin satınalma əməliyyatlarının heç olmasa kiçik bir hissəsini online olaraq realizə etdikləri müşahidə olunmuşdur. Təhlil olunan ildə ölkələr üzrə bu göstərici İspaniyanın 8% və İsveçin 62%-lik göstəriciləri intervalında tərəddüd etmişdir.


Avropada internet vasitəsilə satışlar lokal və regional xarekter daşıyır. E-ticarətin isə istehsal sferasından daha çox xidmətlər sferasında, xüsusilə də maliyyə xidmətləri, biznes xidmətləri və topdansatış üzrə təmərküzləşdiyi diqqəti cəlb edir.


İEOÖ-lər üzrə e-ticarətin inkişafının real göstəricilərini əldə etmək çətindir, çünki bu ölkələrdə məzkur konteksdə tam statistik məlumatlar hələdə toplanılmamışdır. Dərc olunan məlumatlar isə fərdi araşdırmalar və ya şirkətlər prizmasından yanaşmalarla məhduddur.


Nisbətən liberal siyasət izləyən bəzi İEOÖ-lərdə e-ticarətin sürətli inkişafı səciyyəvidir. Bu ölkələr arasında isə Hong Kong, Sinqpur, Cənubi Koreya, Malayziya Filippinlər, Tayvan əsas yer tutur. [7].


 


 




[1] International Telecommunication Union (ITU) (2004). Internet indicators: Hosts, users and numbers of PCs (personal computers) -http://www.itu.int/ITU-D/ict/statistics


[2] The reach of the internet and the growth of e-commerce - www.unctad.org/en/docs/ecdr2004ch1_en.pdf


[3] US Census Bureau (2004b). Retail 1Q, E-Commerce Report -  www.census.gov/eos/www/ebusiness614.htm.



[4] US shipments, sales, revenues and e-commerce, 2002 and 2001 - www.census.gov/eos/www/papers/2002/2002finaltext.pdf



[5] OECD work on “Measuring the Information Economy” - http://www.oecd.org/dataoecd/16/14/1835738.pdf


[6] E-commerce and the internet in European businesses - http://europa.eu.int/comm/enterprise/ict/studies/entr-ict-2002.pdf.


[7] Ekin, Nusret, Bilgi Ekonomisi ve Elektronik Ticaret, İTO Yayını, İstanbul, 1998, s.144.